"Azərbaycan Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib"


Siyasət 09 Noy 2020 14:07:12 117 0

"Azərbaycan Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın işğal altından azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakəti təsbit edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri qırılıb. Vəhşi heyvanlar da mərhəmət göstərməyiblər".