Prezident İlham Əliyev: "Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır"


Siyasət 09 Noy 2020 12:25:00 108 0

Prezident İlham Əliyev: "Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır"

Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin "BBC News"a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır".