Yeniyetmə qohumu ilə evdən qızıl oğurlayan Astara sakini saxlanıldı FOTO


Kriminal 09 Noy 2020 12:28:00 157 0

Yeniyetmə qohumu ilə evdən qızıl oğurlayan Astara sakini saxlanıldı  FOTO

Yeniyetmə qohumu ilə birlikdə evdən qızıl oğurlayan Astara sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, Astara şəhər sakini A.Məmmədov polisə müraciət edərək ona məxsus yaşayış evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşları tərəfindən "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını tərətməkdə şübhəli bilinən şəxslərin Astara şəhər sakini R.Əlizadə və onun yetkinlik yaşına çatmayan qohumu olduğu müəyyən edilib və hər ikisi saxlanılıb. Oğurlanmış qızıl-zinət əşyaları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Hazırda həmin şəxslərin digər bu kimi cinayət əməllərində iştirak edib-etməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.