Prezident İlham Əliyev: "Ermənistan öhdəlik götürməsə, biz sona qədər vuruşacağıq"


Siyasət 09 Noy 2020 12:17:00 127 0

Prezident İlham Əliyev: "Ermənistan öhdəlik götürməsə, biz sona qədər vuruşacağıq"

Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da "BBC News"a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur.

Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq".