"Şuşanın işğaldan azad edilməsi tarixi gündür"


Siyasət 09 Noy 2020 12:09:00 118 0

"Şuşanın işğaldan azad edilməsi tarixi gündür"

Şuşanın işğaldan azad edilməsi tarixi gündür. Biz Şuşanı çox çətin şəraitdə azad etdik.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev deyib.

Səfir bildirib ki, bu, təkcə Ermənistan üzərində deyil, qeyri-rəsmi olaraq Ermənistanı dəstəkləyən koalisiya üzərində qələbədir:

"Bu, ilk növbədə Azərbaycan ordusunun qələbəsidir. Azərbaycan Silahlı Qüvvələri texnoloji müharibədə qalib gəlir. Eyni zamanda, bu uğurun arxasında dövlətimizin nəhəng iqtisadi potensialı durur. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbə güclü iqtisadiyyatımızın, xarici siyasətimizin və diplomatiyamızın nəticəsidir".

R.Mustafayev əlavə edib ki, indi vəziyyət dəyişib, status-kvo artıq mövcud deyil, yalnız işğal olunmuş beş rayonun qaytarılması məsələsi aktuallığını itirib:

"İndi Ermənistan üçün ən məntiqli addım öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqdır. Ermənistan bundan sonra regionda hansı rolu oynayacağı barədə düşünməlidir. Bu ölkə hər zaman destruktiv rol oynayıb".