"Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir"


Siyasət 09 Noy 2020 10:57:00 106 0

"Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir"

Azərbaycanın Şuşanı azad etməsi, yəqin ki, Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir.

Son.az bildirir ki, bunu Trend-ə ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.

O bildirib ki, Şuşanın azad edilməsi nəticəsində Azərbaycan hərbi baxımdan Xankəndi üzərində yüksəkliklərə, eləcə də Ermənistanla Xankəndi arasında keçən həyati əhəmiyyətli yola nəzarət edir:

"Beləliklə, demək olar ki, hərbi mərhələ başa çatıb. Yəqin ki, erməni tərəfi partizan müharibəsi aparacaq, amma yaxşı olar ki, onlar təslim olsunlsar və əsgərlərinin həyatını qorusunlar, danışıqlar masasına və münaqişənin siyasi tənzimlənməsinə qayıtsınlar. Bütün müharibə boyunca Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bildirib ki, Azərbaycan dinc erməni sakinləridüşmən olaraq görmür, və əgər onlar istəyirsə, öz evlərinə qayıdan azərbaycanlılar birgə yaşa bilər. Mən bu yanaşmanı üstün siyasi liderliyin təzahürü kimi görürəm. Ümid edirəm ki, Azərbaycan öz qələbəsini möhkəmləndirəcək və daha sonra Ermənistan atəşi dayandıracağı təqdirdə, hərbi əməliyyatları dayandıracaq və bu münaqişənin birdfəlik həllinə nail olacaq".