Məktəbli oğlan əvvəl balaca bacısının boğazını kəsdi,


Dünya 09 Noy 2020 09:33:00 137 0

Məktəbli oğlan əvvəl balaca bacısının boğazını kəsdi,

Rusiyanın Sankt-Peterburq şəhərində dünən gecə dəhşətli hadisə baş verib. Belə ki, 15 yaşlı məktəbli Serafim Burıy gecə oyanaraq əvvəlcə altı yaşlı bacısının boğazını kəsib. Sonra qonşu otağa keçib, nənəsini travmatik silahdan güllələyib, babasının əlini yaralayıb (başqa mənbəyə görə ata-anasını güllələyib).

Son.az oxu.az-a istinadən bildirir ki, "112" "Telegram" kanalına görə, hər üçü Sankt-Peterburq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Balaca qızın vəziyyəti ağırdır. Serafimin özü nəzarətə alınıb.

İlkin məlumatlara görə, o, bu cinayəti çoxdan planlaşdırıb.