Saxalin adasında 4,6 bal gücündə zəlzələ baş verib


Dünya 09 Noy 2020 08:59:00 140 0

Saxalin adasında 4,6 bal gücündə zəlzələ baş verib

Rusiyanın Saxalin adasında 4,6 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:29-da qeydə alınıb.

Zəlzələnin ocağı Oxi rayonunun Sabo qəsəbəsindən 26 kilometr cənub-qərbdə yerləşib. Ocağın dərinliyi 7 kilometr təşkil edib.

Oxi şəhəri və Oxi rayonunun Tunqor kəndinin sakinləri 3 bal gücündə təkanlar hiss ediblər.