Azərbaycan Ordusu bu cür dağıdır


Siyasət 07 Noy 2020 15:22:00 153 0

Azərbaycan Ordusu bu cür dağıdır

Bu gün Qarabağda davam edən savaş hərb sənəti tarixində yeni səhifə açdı. Bu, dronların müharibəsidir. Bu qədər dronun və döyüş sursatlarının kütləvi tətbiqi indiyədək heç vaxt olmamışdı. Azərbaycan Ordusu monitorlara baxıb məhv edir, bax, bu, yeni növ müharibəsidir - 21-ci əsrin müharibəsi.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko "Starikovski" verilişinin efirində deyib.

Onun sözlərinə görə, Rusiya bu müharibədən özü üçün nəticə çıxarmalıdır:

"Rusiya Federasiyası müasir xarakterli hərbi əməliyyatların necə aparıldığına dair yanaşmalarını korrektə etmək üçün bu müharibəni diqqətlə izləməlidir".

Ekspert bildirib ki, Ermənistan rəqibini düzgün qiymətləndirə bilməyib:

"20 ildən artıqdır ki, Ermənistan müdafiə xəttini gücləndirib, beton istehkamlar, çoxsaylı yeraltı keçidlər, sığınacaqlar şəbəkəsi inşa edib. Lakin Azərbaycan yüzlərlə dronun hesabına erməni zirehli texnikasını planlı şəkildə məhv etmək üçün başqa taktika tətbiq etdi. Ermənistan tərəfi hava hücumundan müdafiə sistemini təşkil edə bilmədi, köhnə prinsiplər əsasında müharibəyə daxil oldu. Razılaşın ki, 5-6 min dollar dəyərində olan dronu 500 min dollarlıq raketlə vurmaq çox məntiqsizdir".