Ermənilər İtaliyadakı səfirimizi təhdid edir


Siyasət 07 Noy 2020 14:36:00 141 0

Ermənilər İtaliyadakı səfirimizi təhdid edir

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ermənilərə aid olduğu bilinən tvitter səhifəsindən davamlı təhdid mesajları alır. 

Son.az "Qaqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. Səfir tvit ataraq bildirib ki, "L'Italiano in Armenia" onun ünvanına mütəmadi təhdid mesajları paylaşır. Səfirin paylaşdığı şəkildə sözügedən səhifə "Azərbaycanın İtaliyadakı səfiri üçün dua edin" ifadəsi də yer alıb. 

"Erməni saxtakarlar mənə qarşı bir başa hücumlara və təhdidlərə keçir. Xocalı soyqırımını törədənlərdən başqa bir şey gözləyə bilməzdim", deyə diplomat vurğulayıb. 

İtaliyalı siyasətçi, Avropa Parlamentinin Deputatı Aldo Patriçielli bununla bağlı səfirə dəstək mahiyyətli paylaşım edib və onunla həmrəy olduğunu qeyd edib: "Bu saatlarda təhdidlərə və mənasız hücumlara məruz qalan səfir Məmməd Əhmədzadə ilə tam həmrəyik. Siyasi mübahisələr heç vaxt qarşılıqlı hörmət hüdudlarından kənara çıxa bilməz".

Son.az