Beyləqanda avtomobil 4 piyadanı vurub, 3ü ölüb


Digərləri 07 Noy 2020 13:36:00 158 0

Beyləqanda avtomobil 4 piyadanı vurub, 3ü ölüb

Beyləqanda avtomobil 4 piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi "Renault" markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.

Nəticədə R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.