Co Bayden səs sayımının dayandırılmasına imkan verməyəcəyini deyib


Dünya 07 Noy 2020 11:01:00 128 0

Co Bayden səs sayımının dayandırılmasına imkan verməyəcəyini deyib

ABŞ prezidentliyinə namizəd Co Bayden seçkilərdə səs sayımının dayandırılmasına imkan verməyəcəyini deyib.

Son.az Trend-ə istinadən bildirir ki, o, bu barədə Delaver ştatında seçiciləri qarşısında çıxışı zaman deyib.

Bundan başqa, C.Bayden ABŞ vətəndaşlarını seçkilərin nəticələrindən asılı olmayaraq bir-birinə qarşı sivil şəkildə yanaşmağa çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl digər namizəd, hazırki prezident Donald Tramp səs sayımının dayandırılmasını tələb etmişdi.