Britaniyada bir gündə 23 mindən çox insanda koronavirus aşkar olunub
Dünya 07 Noy 2020 10:02:00 124 0
Böyük Britaniyada son bir gündə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 23 287 nəfər artıb, 355 nəfər isə bu virusdan ölüb.
Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan bir gün əvvəl 24 141 nəfərdə COVID-19 aşkarlanmış, 378 nəfər isə bu virusdan ölmüşdü.
Ümumilikdə, ölkədə pandemiya başlayandan bəri 1 146 484 nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 48 475 nəfər olub.
Mənbə: milli.az