Cənubi Şetland adaları yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib


Dünya 07 Noy 2020 09:22:00 152 0

Cənubi Şetland adaları yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib

Atlantik Okeanın cənub hissəsində yerləşən Cənubi Şetland adaları yaxınlığında 6,0 bal gücündə bir zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Argentinanın Toluina yaşayış məntəqəsində (Odlu Yer vilayəti) 1000 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 5,8 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.