Ər arvadının yad kişi ilə şəkillərini tapıb öldürdü TƏFƏRRÜAT


Kriminal 06 Noy 2020 20:55:00 146 0

Ər arvadının yad kişi ilə şəkillərini tapıb öldürdü  TƏFƏRRÜAT

Sumqayıt şəhərində arvadını qətlə yeirməkdə təqsirli bilinən Rəfayıl Feyziyev Ali Məhkəməyə müraciət edib.

Son.az xəbər verir ki, onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası noyabrın 11-nə təyin olunub.

İttiham aktına görə, qanlı hadisə Sumqayıt şəhəri, 9 -cu mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən qətlə yetirilib. 

Belə ki, ər həyat yoldaşının ona xəyanət etdiyini öyrənib. O, bunu dəqiqləşdirmək üçün arvadını izləməyə başlayıb.

Hadisə baş verən günü Rafayıl Feyziyev yaşadığı mənzildən arvadının yad kişi ilə fotoşəklini tapıb. Ər-arvad arasında yaranan mübahisə sonda qətllə sonuclanıb. Rəfayıl Feyziyev arvadını 18 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisədən sonra qətli törədən Rafayıl Feyziyev könüllü olaraq polisə təslim olub.

İstintaq orqanı tərəfindən Rəfayıl Feyziyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rəfayıl Feyziyev 15 il müddətinə azadlıqdan məhrum edilib. (ölkə.az)