Şəkidə narkotik satan 4 nəfər tutuldu


Kriminal 06 Noy 2020 19:34:00 174 0

Şəkidə narkotik satan 4 nəfər tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri A.Əliyev və R.Adilov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə A.Əliyevə və R.Adilova narkotik vasitəni satmaqda şübhəli bilinən Şəki şəhər sakini V.Mahmudov da müəyyən edilərək saxlanılıb və şəxsi axtarış zamanı ondan da marixuana götürülüb.

Polis əməkdaşları tərəfindən V.Mahmudova narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Q.Şirinov da saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan marixuana və elektron tərəzi aşkarlanıb.