Azərbaycan məhsulları 3cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur FOTO


Digərləri 06 Noy 2020 18:54:00 164 0

Azərbaycan məhsulları 3cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur  FOTO

Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyindən Son.az-a bildirilib ki, sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı və məmulatları, çay, meyvə qurusu nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.