Rusiya bütün MDB ölkələrinə koronavirus testləri tədarük edib


Dünya 06 Noy 2020 18:59:00 142 0

Rusiya bütün MDB ölkələrinə koronavirus testləri tədarük edib

Rusiya bütün MDB ölkələrinə koronavirus testləri tədarük edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Baş naziri Mixail Mişustin MDB ölkələrinin Dövlət başçıları Şurasının iclasında deyib.

O bildirib ki, hazırda xarici ölkələrə Rusiya istehsalı olan vaksinlərin tədarükü ilə bağlı işlər aparılır.

Qeyd edək ki, bu günədək Rusiyada koronavirusa qarşı iki vaksin qeydiyyatdan keçirilib.