Məşhur müğənninin keçmiş xanımı öldü


Dünya 06 Noy 2020 18:47:00 127 0

Məşhur müğənninin keçmiş xanımı öldü

Türkiyəli mərhum ifaçı Murat Göğebakanın keçmiş həyat yoldaşı Sema Bekmez vəfat edib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir xəstəxanalardan birində müalicə alan Sema şəkər komasına düşüb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Sema Bekmez Murat Göğebakanla 2000-ci ildə evlənib. 11 il evli qalan cütlük 2011-ci ildə yollarını ayırmaq qərarına gəlib. Murat 2014-cü ildə vəfat edib.