Peskov Putinlə bağlı xəbəri təkzib etdi


Dünya 06 Noy 2020 18:49:00 138 0

Peskov Putinlə bağlı xəbəri təkzib etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kreml rəsmisi yayılan xəbərləri təkzib edib.

"Bütün bunlar cəfəngiyyatdır. Prezidentin səhhətində heç bir problem yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın "The Sun" nəşri Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu və bu səbəbdən 2021-ci ilin yanvarında prezident postundan gedəcəyini iddia edib.

Xatırladaq ki, V. Putin dörd dəfə prezident seçilib. İndiki səlahiyyət müddəti 2024-cü ildə bitəcək.