"Bizim də kəndimiz işğaldan azad edildi"


Şou-biznes 06 Noy 2020 18:24:00 184 0

"Bizim də kəndimiz işğaldan azad edildi"

Bizim də kəndimiz işğaldan azad edildi.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. Musiqiçi Zəngilan rayonunun Şəfibəyli kəndinin düşməndən azad edildiyini eşidəndə yaşadığı hissləri bölüşüb:

"Babam Şəfibəyli kəndindəndir. Heç vaxt orada olmamışam. Hər zaman arzulayırdım ki, işğaldan azad edilsin gedib oranı görüm. İndi isə sevincimin həddi-hüdudu yoxdur. Arzumun bir qismi reallaşdı. O torpaqlara ayaq basacağım anı səbirsizliklə gözləyirəm. İnşallah, orada ev tikdirəcəm. Bu mənim çoxdankı arzumdur".