Rusiyada sutkalıq koronavirusa yoluxma 20 mini ötüb


Dünya 06 Noy 2020 17:09:00 141 0

Rusiyada sutkalıq koronavirusa yoluxma 20 mini ötüb

Rusiyada son sutka ərzində daha 20 582 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 733 440 nəfərə çatıb.

Son sutka ərzində 378 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 29 887 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.