Qazaxıstanda koronavirusa daha 591 nəfər yoluxub


Dünya 06 Noy 2020 12:13:00 135 0

Qazaxıstanda koronavirusa daha 591 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 591 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 114 826 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 107 339 nəfəri sağalıb, 1857 nəfəri isə vəfat edib.