ABŞ seçkilərində qələbə qazanan müsəlman qadınlar


Dünya 06 Noy 2020 12:40:00 128 0

ABŞ seçkilərində qələbə qazanan müsəlman qadınlar

ABŞ Konqresinə və ölkədəki əyalət rəhbərliyinə seçilən müsəlman namizədlər müəyyənləşdirilməyə başlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Kolorado, Viskonsin və Oklahoma ştatlarında müsəlman namizədlər arasında ilk dəfə seçilənlər olub.

2018-ci il seçkilərində Demokratlar Partiyasından Konqresə seçilmiş ilk müsəlman qadın millət vəkilləri Minnesotadan Somali mənşəli İlhan Ömər və Miçiqandan Fələstin mənşəli Rəşidə Tlayb bu seçkilərdə də yerlərini qoruyublar.

Seçkilərdə Konqresə daxil olmağı bacaran 3-cü müsəlman namizəd İndiananın 7-ci bölgəsində Respublikaçı rəqibinə qarşı səslərin 65 faizini qazanan Andre Karson olub.

2007-ci ildə, o, ABŞ tarixində Minnesotada Demokrat millət vəkili olaraq Konqresə seçilən ilk müsəlman Keyt Allisondan sonra 2008-ci ilin xüsusi seçkilərində Nümayəndələr Palatasına girən ikinci müsəlmandır.

3 noyabr prezident seçkiləri müsəlman namizədlər baxımından ölkədəki əyalət hökumətləri səviyyəsində də ilklərə imza atıb.

Oklahomada ilk dəfə əyalət qanunverici orqanına 27 yaşlı müsəlman namizəd Mauree Törnerin seçilməsi xəbərlərə manşet olub.