İnsan həyatı Paşinyan üçün heç əhəmiyyət daşımır


Siyasət 05 Noy 2020 18:09:00 166 0

İnsan həyatı Paşinyan üçün heç əhəmiyyət daşımır

Dağlıq Qarabağda davam edən müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç əhəmiyyət daşımır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın "168.am" nəşri yazır.

Məqalədə qeyd olunur ki, bir müddət əvvəl baş nazir Nikol Paşinyan öz çıxışında Ermənisdtan ordusunun verdiyi itkiləri barədə bir söz belə demədi. Hakimiyyətin ətaləti, xarici siyasi korpusun səmərəsizliyi insan ölümlərinə səbəb olur:

"Müharibə onu göstərdi ki, insan həyatı Ermənistan hökuməti üçün heç əhəmiyyət daşımır. Onlar üçün yalnız ambisiyalar, naməlum qüvvələr öhədlikləri, dumanlı siyasi hesablaşmar mövcuddur, və bunun bədəlin erməni xalqı çox ağır ödəyir. İndiki hökumət bilməlidir ki, bu gün, sabah, bir həftə sonra, bir ay sonra qisas vaxtı çatacaq. Ermənistan hakimiyyəti bunun cavabını verməlidir".

Son.az