Fransa Türkiyəni sanksiya ilə hədələdi


Dünya 05 Noy 2020 17:49:00 164 0

Fransa Türkiyəni sanksiya ilə hədələdi

Fransa Xarici İşlər naziri Jan-İv Le Drian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa və rəhbərliyinə qarşı sərt ifadələrini qınayıb və Türkiyəyə qarşı sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "Europe 1" radiostansiyasına verdiyi müsahibədə bildirib.

XİN rəhbəri Türkiyə dövlət başçısının bəyanatlarının qəbuledilməz olduğunu bəyan edib. 

Le Drian "Bu, yalnız Fransaya qarşı deyil. Bu mövzuda tam Avropa həmrəyliyi var və biz Türkiyənin bu məntiqdən imtina etməsini çox qətiyyətlə israr edirik",- deyə sözlərinə əlavə edib.