"Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində ciddi təxribatlar törədib"


Siyasət 04 Noy 2020 18:17:00 160 0

"Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində ciddi təxribatlar törədib"

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində ciddi təxribat hadisələri baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü, hüquqşünas Çingiz Qənizadə deyib.

O bildirib ki, artıq bir çox beynəlxalq təşkilat və dövlətlər məsələyə münasibət bildirib: "Ermənistan heç bir çərçivəyə sığmayan cinayətlər törədir. Son günlər 1949-cu il Cenevrə Konvensiyası və 1977-ci il Birləşmiş Millətlər Təşkilatının Qadın və Uşaqlar haqqında Konvensiyanın tələbləri pozurulur. Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur. Amma konvensiyalara imza atan qəbul edən təşkilatlar bu prosesə biganə qalır. Azərbaycan vətəndaşlarının döyüş bölgəsindən kənarda məskunlaşdığı ərazilər atəşə tutulur. Ermənilər bu cinayətlərinə görə Azərbaycan Ordusu tərəfindən cavabını alır".

Ç.Qənizadə deyib ki, Ermənistan açıq şəkildə müharibə cinayətləri törətsə də, beynəlxalq təşkilatlar bu məsələyə göz yumur: "Ermənistan siyasi rəhbərliyinin göstərişi ilə erməni silahlı birləşmələri tərəfindən müharibə və insanlıq əleyhinə cinayətlər törədir. Ermənistan bununla bağlı ciddi şəkildə cəzalandırılmalıdır".