Bakıda kişini küçədə bıçaqladılar


Kriminal 04 Noy 2020 14:02:00 169 0

Bakıda kişini küçədə bıçaqladılar

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Naməlum şəxs küçədə hərəkət edən 1972-ci il təvəllüdlü Cəfərov İlham Feyzulla oğluna bıçaqla hücum edib. 

İ.Cəfərov bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.