Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində üstünlüyə malikdir MN


Siyasət 04 Noy 2020 13:52:00 156 0

Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində üstünlüyə malikdir  MN

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır. 

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.

Vurğulanır ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.