Saakaşvili də koronavirusa yoluxub


Dünya 04 Noy 2020 13:06:00 131 0

Saakaşvili də koronavirusa yoluxub

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə o "Pirveli" telekanalına açıqlamasında bildirib.

Siyasətçinin sözlərinə görə, o, xəstəliyi bir neçə həftə öncə yüngül formada keçirib.

Saakaşvili koronavirusun asimptomatik olduğunu və antikor testindən sonra xəstəlik haqqında öyrəndiyini sözlərinə əlavə edib.