Düşmənə növbəti güclü zərbə Zəngilan istiqamətində kəşfiyyatdiversiya qrupu darmadağın edildi


Digərləri 03 Noy 2020 13:52:00 172 0

Düşmənə növbəti güclü zərbə  Zəngilan istiqamətində kəşfiyyatdiversiya qrupu darmadağın edildi

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Son.az Müdafiə Nazirliyi-nə istinadən bildirir ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.