Gürcüstanda açıq havada da tibbi maska taxmaq məcburi oldu


Dünya 03 Noy 2020 13:42:02 165 0

Gürcüstanda açıq havada da tibbi maska taxmaq məcburi oldu

Sabahdan Gürcüstanda açıq havada tibbi maskadan istifadə etməyənlər cərimələnəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, noyabrın 4-dən etibarən qapalı məkanlarda olduğu kimi, açıq havada da tibbi maska taxmaq məcburi olacaq.

Qaydanı pozan vətəndaşlar 20 lari (11 manat) cərimə ediləcəklər.