Xüsusi təyinatlılarımızın Xocavənddə məhv edilməsi də yalandır MN


Siyasət 03 Noy 2020 13:31:00 137 0

Xüsusi təyinatlılarımızın Xocavənddə məhv edilməsi də yalandır  MN

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.