Ayının hücumuna məruz qalan


Dünya 02 Noy 2020 18:55:00 177 0

Ayının hücumuna məruz qalan

Yaponiyanın İna yaşayış məntəqəsində ayı 79 yaşlı qadına hücum edib.

Son.az oxu.az-a istinadən bildirir ki, qadın baş nahiyəsindən ağır xəsarətlər alsa da, həyatda qala bilib. Həkimlər üz sümüklərinin açıq sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılan qadına lazımi köməklik edib.

Qeyd olunur ki, Yaponiyada ayıların insanlara hücumu demək olar ki, hər gün qeydə alınır.

Yaponiyada təkcə ötən həftə yeddi nəfər ayı hücumu nəticəsində müxtəlif dərəcəli xəsarət alıb.