"Yaxşı olar ki, ermənilər öz məğlubiyyətlərini elan etsinlər"


Siyasət 02 Noy 2020 18:35:00 179 0

"Yaxşı olar ki, ermənilər öz məğlubiyyətlərini elan etsinlər"

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Döyüşlər başlayan zamandan bir aydan bir az çox vaxt ərzində Azərbaycan ordusu 200-ə yaxın yaşayış məntəqəsini işğaldan azad edib.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərin videogörüntülərinə baxan zaman ermənilərin vandallığı, barbarlığı xüsusi diqqət çəkir:

"Ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızda daşı-daş üstündə qoymayıblar və bütün təbbi ehtiyyatlarımızı vəhşicəsinə mənimsəyiblər, həmin əraziləri də vandallıq mərkəzinə çeviriblər.

Əlbəttə ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır və ordumuz döyüş meydanında nə qədər güclü olduğunu göstərib. Eyni zamanda, müharibənin digər istiqmətində, yəni diplomatiya sahəsində də ölkəmizin uğurları möhtərəm prezidentimizin uzun illərdir apardığı məqsədyönlü siyasətin nəticəsidir. Hətta Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatlar da erməni vandallığını sübutlarla ortaya qoyurlar.

Azərbaycan istənilən yolla öz ərazi bütövıüyü bərpa edəcək. Ermənistan silahlı qüvvələri işğal edilmiş bütün ərazilərimizdən çıxana qədər döyüşlər dayanmayacaq. Yaxşı olar ki, ermənilər öz məğlubiyyətlərini elan etsinlər. Əgər bunu etməsələr, müzəffər Azərbaycan ordusunun zəfər yürüşü davam edəcək, işğal edilmiş bütün ərazilərimizi azad edəcək və həmin ərazilərdə üçrəngli Azərbaycan Bayrağı dalğalanacaq".