2 evdən 10 kq narkotik götürüldü


Kriminal 02 Noy 2020 18:17:00 157 0

2 evdən 10 kq narkotik götürüldü

Kürdəmir sakinlərinin evlərindən narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sığırlı kəndində yaşayan F.Nəbiyevin evindən 5 kiloqram 815 qram marixuana, E.Əmirovun evindən isə 4 kiloqram 790 qram marixuana aşkar edilərək götürülüb.