Müdafiə Nazirliyindən daha bir təkzib: "Döyüş təyyarəmiz vurulmayıb"


Siyasət 02 Noy 2020 17:52:00 129 0

Müdafiə Nazirliyindən daha bir təkzib: "Döyüş təyyarəmiz vurulmayıb"

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin "vurulması" barədə xəbər dezinformasiyadır. Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək "vurulan" təyyarələrin sayını hesablasaq, artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi.

Son.az xəbər verir ki, bunlar Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Vurğulanıb ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.