"Azərbaycan öz işini özü görür"


Siyasət 02 Noy 2020 17:45:00 130 0

"Azərbaycan öz işini özü görür"

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələr uzun illər ərzində yerinə yetirilmədiyindən bu gün müstəqil Azərbaycan öz işini özü görür. Azərbaycanın bu haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Binəli Yıldırım Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verdiyini, TBMM-nin sədri Mustafa Şentopun ölkəmizə və Gəncəyə səfərinin məhz Azərbaycana dəstək baxımından önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin yüksək rəsmilərinin ölkəmizə səfərləri yaxın günlərdə də davam edəcək.

Binəli Yıldırım ölkələrimizin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri haqqında fikirlərini bölüşərək, bu iş birliyinin hər iki ölkənin beynəlxalq nüfuzuna müsbət təsir etdiyini bildirib.