Astara sakinlərindən odlu silahlar və narkotik götürüldü


Kriminal 02 Noy 2020 16:14:00 231 0

Astara sakinlərindən odlu silahlar və narkotik götürüldü

Astara rayon sakinlərindən qanunsus odlu silahlar və narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən Maşxan kənd sakini E.Məmmədov  şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tərəfindən döyüldüyünü bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən E.Hüseynov saxlanılıb və ondan lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram tiryək aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.

Bundan başqa, rayonun Vəznəş kənd sakini R.Nəbiyev isə  9 qramdan artıq marixuananı satarkən saxlanılıb.