"Bizim üzərimizə hansı vəzifə düşürsə, 24 saata Azərbaycanın yanındayıq"


Siyasət 02 Noy 2020 15:21:00 142 0

"Bizim üzərimizə hansı vəzifə düşürsə, 24 saata Azərbaycanın yanındayıq"

Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsrətimizə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı deyib.

Mustafa Rifat bildirib: "Bizim üzərimizə hansı vəzifə düşürsə, türk qardaşlarınızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saata yanınızdayıq. Bizə xəbər göndərməyiniz kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyinin binasının önünü biz Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu, bütün sosial mediada yayıldı. O günki Siz əməliyyata başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırdıq".