Prezident İlham Əliyev: "Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir"


Siyasət 02 Noy 2020 15:03:00 136 0

Prezident İlham Əliyev: "Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir"

Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib:

"Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq".