Rusiyada daha 238 nəfər koronavirusdan öldü


Dünya 02 Noy 2020 13:40:00 150 0

Rusiyada daha 238 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 18 257 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 655 038 nəfərə çatıb.

Son sutka ərzində 238 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 473 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.