"Azərbaycana dəstək vermək üçün Bakıdayıq"


Siyasət 02 Noy 2020 13:51:00 129 0

"Azərbaycana dəstək vermək üçün Bakıdayıq"

Ermənistanın hücumları qarşısında dayanan Azərbaycana dəstək vermək üçün Bakıdayıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat bunu Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclasından sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın hücumlarına qarşı qəhrəmanlıqla mübrizə aparan Azərbaycan ordusuna qələbə arzu edir: "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa, Azərbaycan xalqına qələbə arzulayıram.

Ermənistanın Azərbaycanda mülki insanlara hücumlarını şiddətlə qınayram. Azərbaycan ordusunun qazandığı uğurlar bütün Türk dünyasını qürurlandırır. Biz Azərbaycanla əlaqələrə "bir millət iki dövlət" anlayışı ilə baxırıq. Bu mübarizədən Azərbaycan xalqının dastan yazaraq çıxcağına əmininik. Hər zaman sizin yanınzdayıq, Qarabağ Azərbaycandır!"