Çində dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək


Dünya 02 Noy 2020 13:29:00 185 0

Çində dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin İnkişaf və islahatlar komitəsi dünyanın ən uzun dənizaltı dəmir yolu tunelinin inşası layihəsini təsdiqləyib.

Son.az APA-ya istinadən bildirir ki, Tzintan adasına qədər tikiləcək sualtı tunelin ümumi uzunluğu 16,2 km təşkil edəcək. Bu layihə Ninbo şəhərindən Şjouşan şəhərinə çəkiləcək dəmir yolunun (uzunluğu - 76,4 km, dəyəri - təxminən 4 mlrd. ABŞ dolları) tərkib hissəsidir.