Kürdən nəhəng balıq tutdular FOTO


Digərləri 02 Noy 2020 13:18:00 180 0

Kürdən nəhəng balıq tutdular  FOTO

Azərbaycanda Kürdən 75 kiloqram ağırlığında naqqa balığı tutulub.

Son.az xəbər verir ki, bu barədə jurnalist İsmayıl Nəsibli sosial şəbəkələrdə foto paylaşıb.

Məlumata görə, balıq Kür çayının Yevlax rayonundan keçən hissəsində tutulub.

Balığın böyüklüyü görənlərin təəccübünə səbəb olub. Balığın uzunluğu təxminən 2 metrə yaxındır.

Qeyd edək ki, hazırda naqqa ətinin 1 kiloqramı 10-15 manata satılır. Lakin bu balıqla bağlı fikirlər birmənalı olmadığından hər adam naqqa balığı yemir, ona görə də Kürdən tutulan bu balığı daha çox restoranlar alırlar. Dadına baxmaq istəyənlər isə restoranlara üz tuturlar.