Almaniya 1 aylıq karantinə keçir


Dünya 02 Noy 2020 12:34:00 166 0

Almaniya 1 aylıq karantinə keçir

Almaniyada bu gündən etibarən noyabr ayının sonuna qədər koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə karantin rejimi tətbiq olunacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel 28 oktyabrda karantin tətbiq edildiyini elan edib. Ölkə üzrə yeni karantin rejiminə ehtiyacın olduğunu qeyd edən kansler, səhiyyə sisteminin artan xəstə sayının öhdəsindən gələ bilsə də, bir neçə həftə içərisində bu həddin aşılacağını bildirib.

Yeni karantin rejiminə görə, teatrlar və fitness klublar bağlanacaq, iaşə müəssisələri isə yalnız alıb aparmaq və çatdırılma xidməti vasitəsilə işləyəcək, məktəblər və uşaq bağçaları isə açıq qalacaq. Həmçinin bərbərxanalər və marketlərin məhdud sayda ziyarətçi ilə fəaliyyətinə davam edəcəyi bildirilib.

Son.az