"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı bütün şanslarını itirir"


Siyasət 02 Noy 2020 12:12:00 111 0

"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı bütün şanslarını itirir"

Azərbaycanın bütün təkliflərini rədd etməklə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı bütün şanslarını itirir.

Son.az bildirir ki, bunu Trend-ə iordaniyalı hərbi ekspert, general-mayor Məmun Əbu Nəvvar deyib.

O qeyd edib ki, hazırda hərbi və siyasi üstünlük Azərbaycanın tərəfindədir:

"Məsələ ondadır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır".

Ekspert əlavə edib ki, Rusiya bir sıra səbəblərlə əlaqədar Dağlıq Qarabağda münaqişəyə müdaxilə etməyəcək və onlardan biri çox sadədir - Qarabağ Azərbaycanın ərazisidir:

"Hazırda Dağlıq Qarabağda gərginliyin artmasının səbəbi faktiki olaraq Moskvadan üz çevirmiş Ermənistan hökumətinin siyasətidir. Ermənistan başa düşməlidir ki, Rusiyanın bu münaqişəyə müdaxilə etməməsi tam normaldır, çünki KTMT qarşısında öhdəliklər Dağlıq Qarabağ məsələsinə şamil olunmur".