Ağdaşda qanlı dava


Kriminal 02 Noy 2020 10:22:00 179 0

Ağdaşda qanlı dava

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Dəhnəxlil kəndində qeydə alınıb.

Göyçay rayon sakini sakini İlqar Mirzəliyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağdaş sakini Tacəddin Zakirovu bıçaqlayıb. Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.