Bir gecədə iki kilsə tamamilə yandı


Dünya 02 Noy 2020 10:17:00 137 0

Bir gecədə iki kilsə tamamilə yandı

Kanadada bir gecədə iki kilsədə yanğın baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hər iki hadisə Ontario ştatının Mansi qəsəbəsəində baş verib.

Bir-birindən 10 dəqiqəlik məsafədə yerləşən kilsələr altı saat aralıqla alovlanıb.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hər iki kilsənin tamamilə yandığı bildirilir.

Faktla bağlı istintaq başladılıb.