Trampdan koronavirus peyvəndi ilə bağlı vəd


Dünya 02 Noy 2020 09:27:00 135 0

Trampdan koronavirus peyvəndi ilə bağlı vəd

ABŞ-da yeni koronavirusa qarşı peyvəndin kütləvi paylanması bir neçə həftədən sonra baş tutacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bazar günü Ayovada tərəfdarları qarşısında çıxış edərkən açıqlayıb. 

Görüş ölkənin əsas telekanalları tərəfindən yayımlanıb.

Qeyd edək ki, ABŞ Milli Allergik və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi, əvvəllər peyvəndin 2021-ci ilin birinci rübündə geniş ictimaiyyətə təqdim ediləcəyini açıqlamışdı.